KİMDƏN ÖYRƏNDİN Sevgilim, sən maral kimi Gəzməyi kimdən öyrəndin Ay qabağa cığa teli Düzməyi kimdən öyrəndin Tez yuxudan oyanmağı Al qumaşa boyanmağı Gərdən çəkib dayanmağı Süzməyi kimdən öyrəndin Mən sevirəm Zərnişanı Onda var gülün nişanı Sağ əlinlə bənövşəni Üzməyi kimdən öyrəndin Kəklik kimi qayalarda Ceyran kimi səhralarda Sona kimi dəryalarda Üzməyi kimdən öyrəndin Bulud almasın ay üzün Hüseyn sazla deyir sözün Xumar-xumar ala gözün Süzməyi kimdən öyrəndin